Türkiyənin Statistika Qurumu inflyasiya hesabatı yayıb. Rəsmi məlumata görə, iyulda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 61,78 faiz artıb, 143 əsas mal, məhsul və xidmətin 115-də bahalaşma, 24-də ucuzlaşma qeydə alınıb, 4-də qiymət dəyişməyib.
Azərbaycan Mərkəzi Bankı avqustun 5-də 100 Türkiyə lirəsini 5 manat 12 qəpiyə satır. Bu, ilin siftəsindən 59 qəpik aşağı göstəricidir.
2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb.
Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 33,1 lirəni ötür.