Azərbaycan parlamenti – Milli Məclis majoritar üsulla (dairələr üzrə) seçilir.
Keçmiş SSRİ məkanının daha iki ölkəsində eyni üsul tətbiq olunur: Belarus parlamentinin Nümayəndələr Palatası və Türkmənistan parlamentinin Məclisi majoritar seçki sistemi ilə formalaşır.
Yaxın ölkələrin yeddisində qarışıq seçim sistemi var.
Ukrayna parlamentinin, Rusiya parlamentinin Dövlət Dumasının və Özbəkistan parlamentinin Qanunverici Palatası üzvlərinin yarısı majoritar, yarısı proporsional üsulla (partiya siyahıları üzrə) mandat alır.
Litvada parlamentin 71 üzvü majoritar, 70 üzvü proporsional üsulla rəsmiləşir.
Qazaxıstan parlamentinin Məclisinin 69 üzvü proporsional üsulla, 29 üzvü majoritar üsulla mandat götürür.
Qırğızıstan parlamentinin 54 üzvü proporsional, 36 üzvü majoritar üsulla seçilir.
Tacikistan parlamentinin Nümayəndələr Palatasının 41 üzvü majoritar, 22 üzvü proporsional üsulla mandat alır.
Estoniya, Latviya, Moldova və Ermənistanda parlamentlər proporsional üsulla formalaşır.
2024-cü ildən Gürcüstan da həmin sistemə keçir.