“AzəriLayt” markalı Azərbaycan neftinin barreli avqusta 84,02 dollarla start verib. Bu, ilin siftəsindən 3,83 dollar yuxarı qiymətdir.
2024-cü ilin dövlət büdcəsində bir barrel neft 75 dollardan götürülüb, yanvar 80,19, fevral 86,28, mart 87,51, aprel 91,85, may 89,10, iyun 82,75, iyul 90,06 dollarla başlayıb.
Beynəlxalq öhdəlik ölkənin gündəlik xam neft hasilatı normasını 551 min barrel müəyyən edib.
Kondensatla birlikdə neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ilin ilk yarısında 14,4 milyon ton göstərilib.