Energetika Nazirliyinin 24 iyul məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,98 dollara satılır.
2024-cü ilin dövlət büdcəsində bir barrel neft 75 dollardan götürülüb. “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75, iyula 90,06 dollarla başlayıb.
Yarım ildə Azərbaycanda 14,4 milyon ton neft çıxarılıb, ölkədən 7 milyard 12,1 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Beynəlxalq öhdəlik gündəlik xam neft hasilatı normasını 551 min barrel müəyyən edib.