• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlk ələnmələr

  • 19 İyul 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA-nın klub turnirlərinin 2024-2025 mövsümündə birinci mərhələlər arxada qalıb, yarışlara buraxılmış 236 komandanın 25-i tam ələnib. Çempionlar Liqasında 67, Avropa Liqasında 39, Konfrans Liqasında 105 komanda var.

Mövsümdə Azərbaycanın dörd komandası yer alır. “Zirə” Avropa Liqasına birinci mərhələdən başlayaraq Konfrans Liqasına yuvarlanıb və ikinci mərhələdə “Dunayska Streda” (Slovakiya) komandasına tuş gəlib. Bu turnirin eyni mərhələsində “Sabah”a “Makkabi” (Hayfa, İsrail), “Sumqayıt”a “Fehervar” (Macarıstan) qismət olub.

“Qarabağ” Çempionlar Liqasına ikinci mərhələdə qoşulur. Onun rəqibi “Linkoln”dur (Cəbəllütariq).

Hər üç turnirdə liqa raundu 36 komanda ilə oynanacaq. Çempionlar Liqasının çempionlar yolu dörd, liqalar yolu üç mərhələdən ibarətdir. Birinci mərhələdə ələnənlər Konfrans Liqasına adlayıb, sonrakı raundlarda ələnənlər Avropa Liqasına köçəcək.

Avropa Liqasının dörd mərhələsinin hər birində və Çempionlar Liqasından köçmüş komandalar üçün ayrıca təsnifatda ələnənlər Konfrans Liqasına düşür.

Konfrans Liqasında dörd mərhələ və Çempionlar Liqası ilə Avropa Liqasından ələnmiş komandalar üçün ümumilikdə üç təsnifat raundu var.

Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 25-ci pillədədir. Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 0,250 əmsal qazanıb.

Cəbhə və Müsavatın seçki tarixçəsi

  • 18 İyul 2024
  • comments

FİFA reytinqi

  • 19 İyul 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda