• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhə və Müsavatın seçki tarixçəsi

  • 18 İyul 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkisinin bir özəlliyi də ənənəvi müxalif qurumların – Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının fərqli qərarlarıdır. Müsavat parlament seçkisinə qatılıb, cəbhəçilər boykot qərarı verib.

1989-cu ildə təsis olunan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib.

Əsası 1911-ci ildə qoyulan Müsavat Partiyası 1992-ci ildə AXC-nin bir qrup liderinin iştirakı ilə bərpa olunub.

Dövlət müstəqilliyi illərində Azərbaycanda 6 referendum, 9 prezident seçkisi, 6 parlament seçkisi, 5 bələdiyyə seçkiləri keçirilib.

1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

Müstəqillik bəyan ediləndən sonra ilk seçki prezident seçkisi olub. AXC 1991-ci il sentyabrın 8-də keçirilən həmin seçkidə iştirak etməyib.

1991-ci ilin 29 dekabr referendumu – dövlət müstəqilliyi haqda konstitusiya aktının ümumxalq səsverməsində təsdiqlənməsi AXC-nin iştirakı ilə keçirilib.

1992-ci il iyunun 7-də keçirilən növbədənkənar prezident seçkisində AXC sədri Əbülfəz Elçibəy dövlət başçısı seçilib.

1993-cü ilin iyun ayında Əbülfəz Elçibəy hərbi-siyasi qiyamla devrilib, Milli Məclisin qərarı ilə vəzifədən götürülüb. Avqustun 29-da Əbülfəz Elçibəyə etimad referendumu keçirilib. AXC və Müsavat referenduma, o cümlədən oktyabrın 3-də baş tutan növbədənkənar prezident seçkisinə qatılmayıb.

1995-ci il noyabrın 12-də parlament seçkisi və yeni konstitusiyanın qəbuluna dair referendum keçirilib. AXCP və Müsavat həmin ümumxalq səsvermələrində iştirak edib.

1998-ci ilin 11 oktyabr prezident seçkisi AXCP və Müsavatın iştirakı olmadan keçirilib.

AXCP və Müsavat 12 dekabr 1999-cu ilin bələdiyyə seçkilərinə və 2000-ci il noyabrın 5-nə düşən parlament seçkisinə qatılıb.

2002-ci il avqustun 24-də Azərbaycan Konstitusiyasına dəyişiklik referendumu boykot olunub.

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkisinə AXCP və Müsavat öz namizədləri ilə qatılıblar, kampaniyanın gedişində AXCP öz namizədini başqa bir namizədin xeyrinə geri çəkib.

AXCP və Müsavat 17 dekabr 2004-cü ildə keçirilən bələdiyyə seçkilərinə qatılmayıb.

2005-ci il noyabrın 6-da keçirilən parlament seçkisində AXCP və Müsavat başqa qurumların da yer aldığı bir blokda iştirak edib.

2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkisi boykot olunub.

AXCP və Müsavat 2009-cu il martın 18-də keçirilən konstitusiyaya dəyişiklik referendumunda iştirak edib.

23 dekabr 2009-cu ilin bələdiyyə seçkiləri boykot olunub.

2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisinə AXCP və Müsavat bir blokda qatılıb.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkisində AXCP və Müsavat başqa təşkilatlarla birgə – vahid namizədlə iştirak edib.

23 dekabr 2014-cü ilin bələdiyyə seçkiləri boykot olunub.

AXCP 1 noyabr 2015-ci ilin parlament seçkisinə qatılmayıb, Müsavat Partiyası iştiraka qərar verib, kampaniyanın sonuna yaxın yarışdan çıxıb.

26 sentyabr 2016-cı ilin konstitusiyaya dəyişiklik referendumu, 11 aprel 2018-ci ilin növbədənkənar prezident seçkisi, 23 dekabr 2019-cu ilin bələdiyyə seçkiləri boykot edilib.

Müsavat Partiyası 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkisinə qatılıb, AXCP boykot qərarı verib.

AXCP və Müsavat 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində iştirak etməyiblər.

125 nəfərlik parlamentə – Milli Məclisə seçki dairələr üzrə keçirilir. Namizədlərin rəsmi qeydiyyatı avqustun 2-də bitir.

Seçkiqabağı təşviqat avqustun 9-dan 31-dək aparılacaq.

2024-cü il dekabrın 22-də isə növbəti bələdiyyə seçkilərinin keçirilməsi gözlənir.

Parlament seçkisinin dolaşıq tarixi

Parlament seçkisi irəli çəkilir

Növbədənkənar seçki gəlir

Parlament seçkisinin qaydaları

Konstitusiya Məhkəməsindən yaşıl işıq

Seçki dairələri

Seçki günü

Seçki təqvimindən

Müsavatdan seçki qərarı

Yaxın ölkələrlə alış-veriş

  • 18 İyul 2024
  • comments

İlk ələnmələr

  • 19 İyul 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda