• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seçki yarışında yeni mərhələ

  • 16 İyul 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd statusu alıb. Rəsmi qərar iyulun 15-i partiyanın qurultayında çıxarılıb.

1946-cı il iyunun 14-də doğulan Donald Tramp Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Respublikaçılar Partiyasına 1999-cu ildə qoşulub. 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək ölkə prezidenti olub.

Prezidentliyə Demokratlar Partiyasından dövlət başçısı Cozef Bayden iddia edir. Partiyanın qurultayı avqust ayında keçiriləcək.

Cozef Bayden 1942-ci il noyabrın 20-də doğulub. Delaver Universitetini və Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.

1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə Senatın üzvü seçilib.

2009-2017-ci illərdə vitse-prezident postunu tutub, 2021-ci il yanvarın 20-dən prezidentdir.

Prezident seçkisinin ilk raundu noyabrın 5-də olacaq, 50 ştat və 1 federal dairədən xüsusi nümayəndələr – Seçicilər Kollegiyası seçiləcək. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası prezidenti seçməli, bu barədə qərar Konqresin (Nümayəndələr Palatası və Senat) iclasında təsdiqlənməlidir.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.

ABŞ Konstitusiyasına görə, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.

Prezidentlə birgə seçilən vitse-prezident Konqresin yuxarı palatası olan Senata sədrlik edir. Dövlət başçısı vəzifədən vaxtından əvvəl getdikdə onun səlahiyyətləri vitse-prezidentə keçir.

Hazırda vitse-prezident postunu Kamala Harris tutur. O, 2024-cü ilin seçkisinə də qatılmalıdır. Kamala Harris 1964-cü il oktyabrın 20-də doğulub. Atası yamaykalı, anası hindistanlıdır. İqtisadiyyat, siyasi elmlər və hüquq üzrə ali təhsil alıb. Prokurorluq sistemində məsul vəzifələr tutub, Senatın üzvü olub.

Respublikaçıların vitse-prezident postuna namizədi senator Ceyms Devid (Cey Di) Vensdir.

Cəbhə günü

  • 16 İyul 2024
  • comments

Xarici borc nə qədər azalıb?

  • 16 İyul 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda