Dövlət Statistika Komitəsinin hesabatına görə, iyunun 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 9,4 faiz artaraq 1003,3 manata çatıb.
Ölkədə pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.
Minimum pensiya 280 manatdır.
Kişilər 65, qadınlar 64 yaşda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.