Rəsmi statistikaya görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2024-cü ilin ilk yarısında keçirdiyi valyuta hərraclarında 3 milyard 423,4 milyon ABŞ dolları məbləğində vəsait satıb: yanvarda fonddan 417 milyon, fevralda 920,5 milyon, martda 498,3 milyon, apreldə 623,4 milyon, mayda 558,6 milyon, iyunda 405,6 milyon dollar alınıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard dollar göstərilib.
2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.