Rəsmi hesabata görə, aprelin 1-nə Azərbaycanda 1 milyon 97,3 min nəfər pensiyaçı qeydə alınıb. Bu, 2010-cu ilin əvvəli ilə müqayisədə 211,1 min nəfər azdır. 2010-cu ilə ölkədə 1 milyon 308,4 min nəfər pensiya alıb.
2011-ci ilə pensiyaçıların sayı 1 milyon 292,2 min, 2012-ci ilə 1 milyon 277,6 min, 2013-cü ilə 1 milyon 272,1 min, 2014-cü ilə 1 milyon 277,1 min, 2015-ci ilə 1 milyon 290,9 min, 2016-cı ilə 1 milyon 299,9 min, 2017-ci ilə 1 milyon 315,2 min, 2018-ci ilə 1 milyon 318,4 min nəfər göstərilib.
2019-cu ilə pensiyaçıların sayı 1 milyon 295,5 min, 2020-ci ilə 1 milyon 270,6 min, 2021-ci ilə 1 milyon 228,8 min, 2022-ci ilə 1 milyon 200,5 min, 2023-cü ilə 1 milyon 114,2 min, 2024-cü ilə 1 milyon 96 min nəfərə enib.
Ölkədə kişilər 65, qadınlar 64 yaşda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.
Pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nəzərən 10,2 faiz artıb.
Hazırda minimum pensiya 280 manatdır.