2024-cü ilin dövlət büdcəsində dəyişikliklər prezidentin imzası ilə qüvvəyə minib. Yenilənən büdcədə bir barrel neftin qiyməti 60 dollardan 75 dollara qalxıb.
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75, iyula 90,06 dollarla başlayıb.
Beynəlxalq öhdəlik Azərbaycanın gündəlik xam neft hasilatı normasını 551 min barrel müəyyən edib.