• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seçki təqvimindən

  • 01 İyul 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinin təqviminə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir.

18 yaşına çatmış ölkə vətəndaşı parlamentin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin seçilməsi yasaqdır.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür.

Rəsmi qeydiyyat üçün sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi iyulun 13-də başlayır, avqustun 2-si saat 18-də bitir. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində qəbul edilməlidir.

Səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilməlidir.

Seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat səhər 8-də dayandırılır.

Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd deputat seçilmiş sayılır.

Seçkinin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Azərbaycan parlamentinin – 125 nəfərlik Milli Məclisin səlahiyyət müddəti 5 ildir. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri ölkədə 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.

2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb. 2019-cu il dekabrın 5-də beşinci parlament buraxılıb və altıncı parlament növbədənkənar səsvermədə – 2020-ci il fevralın 9-da seçilib.

Növbəti parlament seçkisinin 2024-cü il noyabrın 3-də keçirilməsi gözlənirdi. İyunun 20-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentin buraxılması və növbədənkənar seçki təyinatı təşəbbüsü qaldırıb. Bunu nəzərə alan parlament dövlət başçısına 21 iyun müraciətində Milli Məclisin buraxılmasını və növbədənkənar seçki təyin olunmasını istəyib.

Konstitusiya Məhkəməsinin Plenumu iyunun 27-də prezidentin sorğusuna baxaraq Milli Məclisin buraxılmasına və növbədənkənar parlament seçkisi təyin olunmasına yaşıl işıq yandırıb.

İyunun 28-də sərəncam imzalayan prezident seçkini sentyabrın 1-nə təyin edib.

Parlament seçkisində siyasi partiyaların da namizəd irəli sürmək hüququ var. Ölkədə 26 partiya dövlət qeydiyyatına alınıb: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.

Parlament seçkisinin dolaşıq tarixi

Parlament seçkisi irəli çəkilir

Növbədənkənar seçki gəlir

Parlament seçkisinin qaydaları

Konstitusiya Məhkəməsindən yaşıl işıq

Seçki dairələri

Seçki günü

Makron seçkini uduzur

  • 01 İyul 2024
  • comments

Valyuta ehtiyatı

  • 01 İyul 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda