• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seçki günü

  • 29 İyun 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyunun 28-də sərəncam imzalayan prezident İlham Əliyev növbədənkənar parlament seçkisini sentyabrın 1-nə təyin edib.

Azərbaycan parlamentinin – Milli Məclisin səlahiyyət müddəti 5 ildir. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri ölkədə 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.

2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb. 2019-cu il dekabrın 5-də beşinci parlament buraxılıb və altıncı parlament növbədənkənar səsvermədə – 2020-ci il fevralın 9-da seçilib.

Növbəti parlament seçkisinin 2024-cü il noyabrın 3-də keçirilməsi gözlənirdi. İyunun 20-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentin buraxılması və növbədənkənar seçki təyinatı təşəbbüsü qaldırıb. Bunu nəzərə alan parlament dövlət başçısına 21 iyun müraciətində Milli Məclisin buraxılmasını və növbədənkənar seçki təyin olunmasını istəyib.

Konstitusiya Məhkəməsinin Plenumu iyunun 27-də prezidentin sorğusuna baxaraq Milli Məclisin buraxılmasına və növbədənkənar parlament seçkisi təyin olunmasına yaşıl işıq yandırıb.

Parlament 125 deputatdan ibarətdir, onların hamısı seçki dairələrindən mandat alır. Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd deputat seçilmiş sayılır.

Hazırda 115 nəfər mandat daşıyır. Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunur.

Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (2024-cü ildə adını dəyişib: Ədalət, Hüquq, Demokratiya Partiyası), Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.

36 deputat partiyasızdır.

Parlament seçkisinin dolaşıq tarixi

Parlament seçkisi irəli çəkilir

Növbədənkənar seçki gəlir

Parlament seçkisinin qaydaları

Konstitusiya Məhkəməsindən yaşıl işıq

Seçki dairələri

Avropa İttifaqı rəhbərliyinə namizədlər

  • 28 İyun 2024
  • comments

İranda seçki ikinci tura qaldı

  • 29 İyun 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda