• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Culian Assanj həbsdən çıxdı

  • 25 İyun 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

“Vikiliks” saytının yaradıcısı Culian Assanj cəzadan qurtulur. İyunun 25-də yayılan məlumata görə, ötən gün Böyük Britaniyanın paytaxtı Londonda azadlığa buraxılan Culian Assanj ABŞ-ın prokurorluq orqanları ilə razılaşmaya gedib. Razılaşmaya əsasən, Culian Assanj özünü qismən təqsirli bilir və jurnalistin həbsdə keçirdiyi müddət cəza üçün yetərli sayılır.

Avstraliya vətəndaşı olan Culian Assanjın 2006-cı ildə qurduğu “Vikiliks” ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc etməklə populyarlaşıb. ABŞ-da buna görə Culian Assanja cinayət işi qaldırılıb.

2010-cu il dekabrın 7-də Culian Assanj Londonda tutulub. Bu həbsin jurnalistə İsveçdə qaldırılmış, zorlama ittihamlı cinayət işi ilə bağlı olduğu açıqlanıb. Dekabrın 14-də Culian Assanj pul girovu müqabilində azadlığa buraxılıb. 2011-ci il fevralın 24-də məhkəmə onun İsveçə təhvil verilməsi haqda qərar çıxarıb, bu iş 2012-ci ilin iyun ayınadək uzanıb. Culian Assanj həmin il iyunun 19-da Ekvadorun Londondakı səfirliyinə sığınıb və o vaxtdan orada yaşayıb.

2019-cu ilin aprel ayında Ekvador hökuməti siyasi sığınacağın başa çatdığını bəyan edib və Culian Assanjın səfirlikdən çıxmasını istəyib. Aprelin 11-də polis əməkdaşları Ekvadorun Londondakı səfirinin dəvəti ilə diplomatik nümayəndəliyə gələrək jurnalisti tutublar.

Culian Assanjın həbsinin ABŞ-da və İsveçdə qaldırılmış cinayət işləri ilə bağlı olduğu açıqlanıb. Mayın 1-də Londonda ilkin məhkəmə Culian Assanja 50 həftə azadlıqdan məhrumetmə cəzası kəsib. Jurnalist girovla azadlığa buraxılmaq şərtlərini pozmaqda təqsirli bilinib. Cəza başa çatandan sonra jurnalist həbsdə saxlanıb.

2019-cu ilin noyabrında İsveçdəki cinayət işinə xitam verilib.

2021-ci il dekabrın 10-da Londonda ilkin məhkəmə Culian Assanjın ABŞ-a təhvil verilməsi qərarı çıxarıb, yuxarı məhkəmələr bunu təsdiqləyib. 2022-ci il iyunun 17-də Böyük Britaniyanın daxili işlər naziri Culian Assanjın ABŞ-a təhvil verilməsi qərarını rəsmiləşdirib, ancaq apellyasiya şikayəti verildiyi üçün icra təxirə salınıb.

Karantin arqumenti

  • 25 İyun 2024
  • comments

Büdcə yeniliyi parlamentdən keçdi

  • 25 İyun 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda