Yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrünə nəzərən 2,2 faiz azalaraq 8 milyard 432 milyon dollar dəyərində rəsmiləşib. Hesabatı yayan Milli Statistika Xidməti ixracı 2 milyard 274 milyon dollar (9,2 faiz azalma), idxalı 6 milyard 158 milyon dollar (0,7 faiz artım) göstərir.
Ölkənin əsas xarici ticarət tərəfdaşları belə sıralanır: Türkiyə, Rusiya, Çin, ABŞ, Azərbaycan, Almaniya, Qırğızıstan, Ermənistan, Qazaxıstan, İtaliya.