2024-cü il mayın 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1007,5 manata çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3866,8 manat;
maliyyə və sığorta fəaliyyəti – 3134,2 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1739,2 manat;
informasiya və rabitə – 1727 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1361,1 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1351,2 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1122,9 manat;
tikinti – 1065,8 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1057,8 manat;
emal sənayesi – 896,1 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 837 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 747,6 manat;
təhsil – 744,8 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 730,2 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 715,4 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 670,3 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 607 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 563,2 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1186,5 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.