Yanvar-may aylarında Azərbaycanda 48 milyard 26 milyon manatlıq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, qeyri-neft/qaz sektorunda 7,3 faiz yüksəliş, neft-qaz sektorunda sabitlik qeydə alınıb.
Hesabatı yayan Dövlət Statistika Komitəsi əhalinin hər nəfərinə düşən ÜDM-i 4713,3 manat göstərir.