• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qaçaqmalçılıq işində kimlər var?

  • 05 İyun 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycana xarici valyuta gətirilməsi adı ilə məsuliyyətə cəlb edilən jurnalist və ictimai fəalların sayı 20-yə çatıb. Cinayət işləri bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı (5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur) üzrə aparılır.

Novator.az bildirir ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-da, bu media qurumu ilə əməkdaşlıq edən jurnalist Hafiz Babalı dekabrın 13-də tutulublar.

“Abzas Media”nın əməkdaşı Elnarə Qasımova 2024-cü il yanvarın 13-də, Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli aprelin 29-da, iqtisadçı Fərid Mehralızadə mayın 30-da həbs ediliblər.

İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsi İmran Əliyevə təkrar qaçaqmalçılıq ittihamı (cəzası 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmədir) da irəli sürüb.

Martın 6-da Bakı Şəhər Baş Polis İdarəsi Toplum.tv informasiya resursu, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutuna bağlı bəzi şəxsləri tutub. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Toplum.tv-dən Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Ramil Babayev barəsində həbs qətimkan tədbirləri seçilib, Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilib.

Martın 8-də Toplum.tv-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli də tutulublar, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2023-cü il noyabrın 27-dən həbsdədir. Ona əvvəlcə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı (1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) verilib, sonra işə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı əlavə edilib.

“Kanal 13”lə əməkdaşlıq edən jurnalist Şamo Eminov 2023-cü il dekabrın 22-də tutulub. O da qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində şübhəli bilinir.

Qürubqabağı sevgi

  • 04 İyun 2024
  • comments

Təmsilçilik norması

  • 05 İyun 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda