Energetika Nazirliyinin 4 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 79,25 dollara satılır.
2024-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. Qiyməti 75 dollara qaldırmaq planı var.
“AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75 dollarla başlayıb.
Beynəlxalq öhdəlik gündəlik xam neft hasilatı normasını 551 min barrel müəyyən edib.
2008-ci ildə ölkədə kondensatla birlikdə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ilin yanvar-aprel aylarında 7,9 milyon ton neft çıxarılıb.