Mayın 27-də Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlayıb. Rəsmi hesabata görə, siyahıya 6 milyon 326 min 764 nəfər daxil edilib.
1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri Azərbaycanda 6 referendum (1-i dövlət müstəqilliyi haqda konstitusiya aktının təsdiqi, 1-i prezidentə etimad məsələsi, 1-i konstitusiyanın qəbulu, 3-ü konstitusiyaya əlavə və dəyişikliklər barədə), 20 seçki (9 prezident seçkisi, 6 parlament seçkisi, 5 bələdiyyə seçkiləri) keçirilib.
2024-cü il sentyabrın 1-də növbədənkənar parlament seçkisinin, dekabrın 22-də növbəti bələdiyyə seçkilərinin keçirilməsi gözlənir.