• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”ın potensial rəqibləri

  • 22 May 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA Çempionlar Liqasının 2024-2025 mövsümündə Azərbaycanı “Qarabağ” komandası təmsil edəcək. Əsas raunda düşmək üçün “Qarabağ” çempionlar yolunda dörd mərhələ keçməlidir.

Mayın 22-nə olan məlumata görə, birinci mərhələdə (9-17 iyul) “Qarabağ”a Gürcüstandan “Dinamo” (Batumi), Sloveniyadan “Selye”, Maltadan “Hamrun”, Şimali İrlandiyadan “Larn”, Belarusdan “Dinamo” (Minsk), Litvadan “Panevejis”, Qazaxıstandan “Ordabası”, İslandiyadan “Vikinqur”, Şimali Makedoniyadan “Struqa”, Lüksemburqdan “Differdanj”, Monteneqrodan “Deçiç”, Andorradan “Santa Koloma”, San Marinodan “Virtus” rəqib ola bilər.

Birinci mərhələdə Macarıstandan “Ferensvaroş”, Slovakiyadan “Slovan”, Bolqarıstandan “Ludoqorets”, Finlandiyadan HİK, Estoniyadan “Flora”, Rumıniyadan “Styaua”, Farer adalarından “Klaksvik”, İrlandiyadan “Şemrok Rovers”, Cəbəllütariqdən “Linkoln”, Uelsdən “Nyu Sents”, Latviyadan RFS, Moldovadan “Petrokub”, Kosovodan “Balkani”, Bosniyadan “Borats” da yer alır.

İkinci mərhələnin (23-31 iyul) çempionlar yolunda Xorvatiyadan “Dinamo”, Yunanıstandan PAOK, İsraildən “Makkabi” (Tel-Əviv), Norveçdən “Bode-Qlimt”, Çexiyadan “Sparta”, İsveçdən “Malmö”, Kiprdən APOEL var.

Ukraynadan “Şaxtyor”, Serbiyadan “Srvena Zvezda”, İsveçrədən “Yanq Boyz” çempionlar yolunun dördüncü mərhələsinə (20-28 avqust) buraxılır.

Əsas raund 36 komandalıq vahid liqa sistemi ilə oynanacaq, komandalar 8 matç (4-ü evdə, 4-ü səfərdə) keçirəcək, ilk 8 pilləni tutan komandalar 1/8 finala, 9-24-cü yerləri tutan komandalar 1/16 finala adlayacaq.

Mayın 22-dək liqa mərhələsinə birbaşa vəsiqəni bu komandalar təmin edib: İngiltərədən “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Aston Villa”, İspaniyadan “Real”, “Barselona”, “Jirona”, “Atletiko”, Almaniyadan “Bayer”, “Ştutqart”, “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), İtaliyadan “İnter”, “Milan”, “Bolonya”, “Yuventus”, “Atalanta”, Fransadan PSJ, “Monako”, “Brest”, Niderlanddan PSV, “Feyenoord”, Portuqaliyadan “Sportinq”, Şotlandiyadan “Seltik”, Avstriyadan “Şturm”.

“Qarabağ” əvvəllər 19 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib, 2014-cü ildən başlayaraq təsnifat mərhələlərini keçib.

2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020 və 2020-2021 mövsümlərinə Çempionlar Liqasında başlayan “Qarabağ” ələnərək Avropa Liqasının qrup mərhələsində yarışıb.

2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

Konfrans Liqasının 2021-2022-ci il mövsümündə “Qarabağ” 1/16 finala çıxıb.

2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib və 1/16 finalda uduzub.

2023-2024 mövsümünə Çempionlar Liqasında start verən “Qarabağ” Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

1951-ci ildə Ağdamda yaradılan “Qarabağ” komandası (“Məhsul”, “Şəfəq” və “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 11 dəfə müstəqil Azərbaycanın çempionu olub, 7 dəfə Azərbaycan kubokunu qazanıb.

Növbədənkənar prezident seçkisinin təqvimi

  • 21 May 2024
  • comments

Bank hesabatı

  • 22 May 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda