Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2024-cü ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə 1,3 milyard dollar, Rusiyaya 325,4 milyon, Gürcüstana 211,1 milyon, Ukraynaya 50,2 milyon, Türkmənistana 25,6 milyon, Qırğızıstana 21,4 milyon, Qazaxıstana 16,9 milyon, Belarusa 12,8 milyon, Özbəkistana 8,1 milyon, İrana 4,5 milyon, Estoniyaya 3,2 milyon, Latviyaya 2,4 milyon, Litvaya 2,1 milyon, Tacikistana 1,9 milyon, Moldovaya 1,3 milyon dollarlıq məhsul göndərilib.
Dörd ayda Azərbaycan Rusiyadan 982,9 milyon, Türkiyədən 728,7 milyon, İrandan 178,9 milyon, Türkmənistandan 124,9 milyon, Belarusdan 124,2 milyon, Ukraynadan 102,6 milyon, Qazaxıstandan 70,3 milyon, Özbəkistandan 42,7 milyon, Gürcüstandan 26,4 milyon, Litvadan 11,6 milyon, Latviyadan 6,3 milyon, Qırğızıstandan 3,2 milyon, Moldovadan 2 milyon, Estoniyadan 1,8 milyon dollarlıq, Tacikistandan 292,9 min dollarlıq mal alıb.