• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstanı bölən layihə parlamentdən keçdi

  • 14 May 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini son oxunuşda qəbul edib. Hökumətin təşəbbüsü olan layihəyə görə, illik büdcəsinin 20 faizindən çoxu xarici vəsait hesabına formalaşan qeyri-hökumət təşkilatı və media quruluşu reyestrdə qeydiyyatdan keçməli, ildə bir yol maliyyə bəyannaməsi verməlidir. Bu qaydanın pozulması cərimə cəzası nəzərdə tutur.

Müxalif qüvvələr, ictimai fəallar və beynəlxalq birlik hesab edir ki, yenilik demokratik prinsiplərə ziddir. Prezident Salome Zurabişvili qanun layihəsini imzalamayacağını bəyan edib.

Ölkə parlamenti 2023-cü il martın 7-də layihəni ilk oxunuşda qəbul etmiş, ancaq martın 9-da sənəd etirazlar üzündən geri götürülmüşdü. Bu ilin aprelində layihə yenidən parlament müzakirəsinə çıxarılıb və növbəti etiraz dalğasına gətirib.

Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.

Salome Zurabişvili 2018-ci il noyabrın 28-də hakim partiyanın namizədi kimi prezident postuna mandat alıb, dekabrın 16-da səlahiyyətlərinin icrasına başlayıb. 2022-ci ildən bəri hakim partiya ilə prezident arasında davamlı ziddiyyətlər yaşanır.

Hasilat, qiymət

  • 14 May 2024
  • comments

Son ərəfəsi

  • 15 May 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan mənfi saldoda

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda