Mayın 11-i İsveçin Malmö şəhərində “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin finalı keçiriləcək. İlk yarımfinalı (7 may) Finlandiya, Xorvatiya, İrlandiya, Kipr, Litva, Lüksemburq, Portuqaliya, Serbiya, Sloveniya, Ukrayna, ikinci yarımfinalı (9 may) Avstriya, Ermənistan, Estoniya, Gürcüstan, İsrail, İsveçrə, Latviya, Niderland, Norveç, Yunanıstan adlayıb, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İsveç, İtaliya finala birbaşa vəsiqə alıb.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya”da İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, İsveçrə, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.
Azərbaycan 16 yarışa qatılıb, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub, 2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov yarımfinalda ələniblər.