• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məclisdə partiyalar

  • 08 May 2024
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.

Parlamentin (Milli Məclis) səlahiyyət müddəti 5 ildir.

2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb, 2019-cu il dekabrın 5-də bu hüququndan istifadə edib və altıncı parlament növbədənkənar səsvermədə – 2020-ci il fevralın 9-da seçilib.

Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər və növbəti parlament seçkisinin 2024-cü il noyabrın 3-də keçirilməsi gözlənirdi. Ancaq qeyri-rəsmi məlumata görə, iyunun sonunda parlament buraxılacaq, sentyabrın 1-nə növbədənkənar seçki təyin olunacaq.

Parlament seçkisində siyasi partiyaların da namizəd irəli sürmək hüququ var. Novator.az bildirir ki, Ədliyyə Nazirliyi 26 partiyanı dövlət qeydiyyatına alıb: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (2024-cü ildə adını dəyişib: Ədalət, Hüquq, Demokratiya Partiyası), Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.

1995-2000-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Xalq Cəbhəsi, Milli İstiqlal, Demokratik İstiqlal, Demokratik Sahibkarlar, Demokratik Maarifçilik, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial Rifah, Müsavat partiyalarının mandatları olub.

2000-2005-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Kommunist, Milli İstiqlal, Yurddaş, Sosial Rifah, Azərbaycan Naminə Alyans partiyaları təmsil edilib.

2005-2010-cu illərin Milli Məclisində Yeni Azərbaycan, Müsavat, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Sosial Rifah, Xalq, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Ümid, Demokratik İslahatlar, Böyük Quruluş partiyalarının mandatları olub.

2010-2015-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ədalət, Vətəndaş Birliyi, Sosial Rifah, Milli Dirçəliş Hərəkatı partiyaları yer alıb.

2015-2020-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Sosial Rifah, Sosial Demokrat, Vəhdət, Demokratik Maarifçilik, Milli Dirçəliş Hərəkatı partiyalarının təmsilçiləri olub.

2020-ci ildə seçilmiş indiki Milli Məclisdə bu partiyaların təmsilçiləri var: Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası.

Milli Məclis 125 deputatdan ibarətdir.

1995 və 2000-ci illərdə Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələrdən), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) seçilib. 2005-ci ildən başlayaraq tam majoritar sistem tətbiq olunur, 125 deputatın hamısı dairələrdən mandat alır.

Ermənistanda makroiqtisadi durum, demoqrafiya

  • 08 May 2024
  • comments

Üç kubokun altı iddiaçısı

  • 10 May 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda