• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan 6 ili geridə qoyur

  • 06 May 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Nikol Paşinyanın Ermənistanda baş nazir kürsüsünə oturmasının 6 ili tamam olur.

1975-ci il təvəllüdlü Nikol Paşinyan jurnalistdir. 2009-2011-ci illərdə həbsdə yatıb.

2012-ci ildə Erməni Milli Konqresindən parlamentə mandat alıb.

2013-cü ildə Vətəndaş Sazişi Partiyasını yaradıb. 2017-ci ildə qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.

107 nəfərlik parlamentdə Vətəndaş Sazişi Partiyası 71 mandatla təmsil olunur.

Nikol Paşinyanın hökumətində bu şəxslər yer alır: Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Qriqor Minasyan – ədliyyə naziri, Vaqe Kazaryan – daxili işlər naziri, Gevork Papoyan – iqtisadiyyat naziri, Vaqe Ovannisyan – maliyyə naziri, Mxitar Ayrapetyan – yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan – ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan – əmək və sosial məsələlər naziri, Janna Andreasyan – elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan – səhiyyə naziri, Akop Simidyan – ətraf mühit naziri.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş və savaşdan sonrakı danışıqlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il aprelin 19-da Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilməyə boyun olub.

Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

Gürcüstanın inflyasiya hesabatı

  • 06 May 2024
  • comments

Çempionlar Liqasına çıxanlar

  • 06 May 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda