UEFA Çempionlar Liqasının 2024-2025 mövsümünə vəsiqə qazanan komandaların siyahısı yenilənib.
Turnirin əsas raundu 36 komandalıq vahid liqa sistemi ilə oynanacaq, komandalar həm evdə, həm səfərdə dörd matç keçirəcək, ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala adlayacaq.
Reqlamentə görə, 29 komanda liqa raunduna birbaşa vəsiqə alır, 5 bilet dörd mərhələdən ibarət çempionlar yolu ilə, 2 bilet üç mərhələdən ibarət liqalar yolu ilə əldə olunur.
Liqa mərhələsinə birbaşa vəsiqəni bu komandalar təmin edib: İngiltərədən “Arsenal”, “Mançester Siti”, “Liverpul”, İspaniyadan “Real”, “Barselona”, “Jirona”, Almaniyadan “Bayer”, “Bavariya”, “Ştutqart”, “Leypsiq”, “Borussiya” (Dortmund), İtaliyadan “İnter”, “Milan”, Fransadan PSJ, Niderlanddan PSV, “Feyenoord”, Portuqaliyadan “Sportinq”.
Macarıstandan “Ferensvaroş”, Rumıniyadan “Styaua”, Slovakiyadan “Slovan”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Ordabası”, Sloveniyadan “Selye”, Latviyadan RFS, İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan HİK, Litvadan “Panevejis”, Belarusdan “Dinamo” (Minsk), Farer adalarından “Klaksvik”, Şimali İrlandiyadan “Larn”, Maltadan “Hamrun”, Gürcüstandan “Dinamo” (Batumi), Estoniyadan “Flora”, İslandiyadan “Vikinqur”, Uelsdən “Nyu Sents”, San Marinodan “Virtus” çempionlar yolunun ilk mərhələsində start götürür.
İkinci mərhələnin çempionlar yolunda Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö” var.
Portuqaliyadan “Benfika” liqalar yolunun üçüncü mərhələsində yer alır.
Fransadan “Monako”, Şotlandiyadan “Seltik”, “Reyncers”, Avstriyadan “Şturm”, Serbiyadan “Srvena Zvezda”, Türkiyədən “Qalatasaray”, “Fənərbaxça”, Ukraynadan “Şaxtyor”, Çexiyadan “Sparta”nın turnirdə oynayacağı dəqiqləşib.