• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Klub reytinqinə nə yenilik gəlir?

  • 03 May 2024
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

2024-2025 mövsümündən UEFA-nın klub reytinqində bonus sistemi dəyişir. Yeniliyə görə, Çempionlar Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalara 12 bonus xalı, 9-16-cı yerləri tutan komandalara 10 bonus xalı, 17-24-cü yerləri tutan komandalara 8 bonus xalı, 25-36-cı yerləri tutan komandalara 6 bonus xalı verilir, 1/8 finaldan başlayaraq hər mərhələ 1,5 bonus xalı qazandırır.

Avropa Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalar 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalar 2 bonus xalı alır, 1/8 finaldan başlayaraq hər mərhələ 1 bonus xalı gətirir.

Konfrans Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar üçün 4 bonus xalı, 9-16-cı yerləri tutan komandalar üçün 2 bonus xalı, 17-24-cü yerləri tutan komandalar üçün 1 bonus xalı nəzərdə tutulur, 1/8 finaldan başlayaraq hər mərhələ 0,5 bonus xalına bərabər olur.

UEFA-nın klub reytinqi turnirlərin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Novator.az bildirir ki, qaydaya əsasən, toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

2024-2025 mövsümündən UEFA-nın klub turnirlərində əsas raundlar 36 komandalıq vahid liqa sistemi ilə oynanacaq, Çempionlar Liqası və Avropa Liqasının liqa raundlarında komandalar 8 matç (4-ü evdə, 4-ü səfərdə), Konfrans Liqasının liqa raundunda 6 oyun (3-ü evdə, 3-ü səfərdə) keçirəcək, ilk 8 pilləni tutan komandalar 1/8 finala, 9-24-cü yerləri tutan komandalar 1/16 finala çıxacaq.

Çempionlar Liqası 2024-cü il iyulun 9-da başlayıb 2025-ci il mayın 31-də bitəcək. Finala Almaniyanın Münhen şəhəri ev sahibliyi edəcək.

Avropa Liqası 2024-cü il iyulun 11-də start götürüb 2025-ci il mayın 21-də yekunlaşacaq. Final İspaniyanın Bilbao şəhərinə təyin olunub.

Konfrans Liqası 2024-cü il iyulun 11-də başlayıb 2025-ci il mayın 28-də yekunlaşacaq. Final matçı Polşanın Vrotslav şəhərində keçiriləcək.

Türkiyədə inflyasiya 69 faizi ötür

  • 03 May 2024
  • comments

İnzibati xəta hesabatı

  • 03 May 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda