• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çempionlar Liqasının ilkin heyəti

  • 02 May 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA-nın baş klub turniri olan Çempionlar Liqasının 2024-2025 mövsümündə əsas raund 36 komandalıq vahid liqa sistemi ilə oynanacaq, komandalar 8 matç (4-ü evdə, 4-ü səfərdə) keçirəcək, ilk 8 pilləni tutan komandalar 1/8 finala, 9-24-cü yerləri tutan komandalar 1/16 finala adlayacaq.

Reqlamentə görə, 29 komanda liqa raunduna birbaşa vəsiqə alır, 5 bilet dörd mərhələdən ibarət çempionlar yolu ilə, 2 bilet üç mərhələdən ibarət liqalar yolu ilə əldə olunur.

Birinci mərhələdə ələnən komandalar Konfrans Liqasına, sonrakı mərhələlərdə ələnənlər Avropa Liqasına köçür.

Mayın 2-dək liqa mərhələsinə birbaşa vəsiqəni bu komandalar təmin edib: İngiltərədən “Arsenal”, “Mançester Siti”, İspaniyadan “Real”, Almaniyadan “Bayer”, “Bavariya”, “Ştutqart”, “Leypsiq”, “Borussiya” (Dortmund), İtaliyadan “İnter”, Fransadan PSJ, Niderlanddan PSV, “Feyenoord”.

İkinci mərhələnin çempionlar yolunda Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö” var.

Macarıstandan “Ferensvaroş”, Rumıniyadan “Styaua”, Slovakiyadan “Slovan”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Ordabası”, Sloveniyadan “Selye”, Latviyadan RFS, İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan HİK, Litvadan “Panevejis”, Belarusdan “Dinamo” (Minsk), Farer adalarından “Klaksvik”, Şimali İrlandiyadan “Larn”, Maltadan “Hamrun”, Gürcüstandan “Dinamo” (Batumi), Estoniyadan “Flora”, İslandiyadan “Vikinqur”, Uelsdən “Nyu Sents”, San Marinodan “Virtus” çempionlar yolunun ilk mərhələsində start götürür.

Portuqaliyadan “Sportinq”, “Benfika”, Şotlandiyadan “Seltik”, “Reyncers”, Serbiyadan “Srvena Zvezda”, Türkiyədən “Qalatasaray”, “Fənərbaxça”nın turnirdə oynayacağı dəqiqləşib.

Valyuta ehtiyatı, pul bazası

  • 01 May 2024
  • comments

Valyuta hərracları statistikası

  • 02 May 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda