2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın mehmanxanalarında 779,4 min gecələmə keçirilib. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, gecələmələrin 64,7 faizi Bakının, 9,3 faizi Qusarın, 4 faizi Naftalanın, 3,9 faizi Qubanın, 3,6 faizi Şabranın, 3 faizi Qəbələnin, 1,8 faizi Lənkəranın, 1,1 faizi Gəncənin, 1 faizi Naxçıvan Muxtar Respublikasının, 7,6 faizi başqa bölgələrin payına düşüb.
Rəsmi məlumata görə, yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2023-cü ilin ilk rübü ilə müqayisədə 31,1 faiz artaraq 111,7 milyon manat olub.