Azərbaycan Mərkəzi Bankı avronu yanvarda maksimum 1,8662, fevralda 1,8485, martda 1,8602, apreldə 1,8456 manata təklif edib.
Gürcüstan larisinin zirvəsi yanvarda 0,6406, fevralda 0,6442, martda 0,6407, apreldə 0,6379 manat olub.
Rusiya rublunun rəsmi məzənnəsi yanvarda 0,0194, fevral və martda 0,0188, apreldə 0,0185 manatı ötməyib.
Türkiyə lirəsinin yuxarı qiyməti yanvarda 0,0571, fevralda 0,0560, martda 0,0542, apreldə 0,0532 manat göstərilib.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata satılır.