Energetika Nazirliyinin 23 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 88,30 dollara satılır.
Dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb.
2024-cü ilin ilk rübündə Azərbaycanda kondensatla birlikdə 7,3 milyon ton neft çıxarılıb, gündəlik xam neft hasilatı yanvarda 474 min barrel, fevralda 476 min barrel, martda 481 min barrel göstərilib.
Beynəlxalq öhdəlik gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Yanvar-mart aylarında Azərbaycandan 3 milyard 490,1 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton neft hasilatı qeydə alınıb.