2024-cü il aprelin 1-nə Dövlət Neft Fondunun aktivləri 57 milyard 372,8 milyon ABŞ dollarına çatıb. Rəsmi hesabata görə, yanvar-mart aylarında fond 5 milyard 268,3 milyon manat gəlir əldə edib, 3 milyard 205,4 milyon manat xərc çəkib.
2024-cü ilin dövlət büdcəsinə köçürülən vəsait 3 milyard 195,3 milyon manat, ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması proqramına ayrılan vəsait 1 milyon manat, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları proqramına ayrılan vəsait 3,2 milyon manat, fondun idarə edilməsi xərcləri 5,9 milyon manat göstərilir.
2024-cü il üçün gəlirlər 12 milyard 73,2 milyon manat, xərclər 12 milyard 900,2 milyon manat təsdiqlənib.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb.