• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya hərbçiləri Azərbaycandan çıxarılır

  • 17 Aprel 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Rusiya hərbçilərinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına başlanıb. Rəsmi məlumat aprelin 17-də yayılıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən işğal edib, həmçinin Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara kəndlərini ələ keçirib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Xocalı, Laçın və Ağdərə rayonlarının bir çox məntəqəsi azad olunub.

Noyabrın 10-da atəşkəs əldə olunub, ardınca Qarabağın bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yolu boyu Rusiyanın hərbi kontingenti yerləşdirilib. Bu kontingentin odlu silahlarla silahlanmış 1960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobildən və xüsusi texnikadan ibarət olduğu açıqlanıb, ərazidə qalma müddəti 5 il göstərilib.

Noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu (Laçın şəhəri və rayonun 6 kəndi istisna olmaqla) Azərbaycana qaytarılıb.

2021-cü il yanvarın 30-da atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb, qurum Ağdam rayonunda qərar tutub.

2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.

2023-cü il aprelin 23-də Laçında, Qarabağa gedən yolun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub.

2023-cü il sentyabrın 19-u Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərinə, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyat başlayıb, ertəsi gün rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb.

Gürcüstan: qalmaqallı layihədə nə var?

  • 17 Aprel 2024
  • comments

Yox cavabı

  • 18 Aprel 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda