Dövlət Gömrük Komitəsi 2024-cü ilin ilk rübündə qeyri-neft/qaz sektorunun payına düşən ixracın detallarını açıqlayıb. Meyvə-tərəvəz ixracı 132,5 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar ixracı 95,4 milyon dollar, kimya sənayesi məhsulları ixracı 65,4 milyon dollar, pambıq lifi ixracı 56,6 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar ixracı 48,08 milyon dollar, elektrik enerjisi ixracı 40,5 milyon dollar göstərilir.
Alkoqollu və alkoqolsuz içkilər, sirkə ixracı 12,7 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar ixracı 11,8 milyon dollar, tərəvəz və meyvələrin emal məhsulları ixracı 10,7 milyon dollar, sement ixracı 8,9 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 5,6 milyon dollar, şəkər ixracı 5,1 milyon dollar, iplik pambıq ixracı 5 milyon dollar, çay ixracı 1,4 milyon dollar dəyərində rəsmiləşib.
Yanvar-mart aylarının əsas idxal məhsulları dəyərinə görə belə sıralanır: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 813,9 milyon dollar, yeyinti məhsulları – 585,1 milyon dollar, nəqliyyat vasitələri və onların hissələri – 468,5 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar – 288,05 milyon dollar, əczaçılıq məhsulları – 122,5 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 119,7 milyon dollar, oduncaq və ondan hazırlanan məmulatlar – 87,8 milyon dollar, geyim və geyim ləvazimatı – 85,3 milyon dollar, mebel və onun hissələri – 29,5 milyon dollar, tütün və tütün məmulatları – 26,3 milyon dollar, gübrə – 17,7 milyon dollar.