2024-cü il aprelin 1-nə Azərbaycanda 4 milyon 966,4 min nəfər məşğul şəxs, 209,8 min nəfər işsiz qeydə alınıb.
Dövlət Statistika Komitəsi bildirir ki, martın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 946,8 manata çatıb, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3298,6 manat;
maliyyə və sığorta fəaliyyəti – 2325,9 manat;
informasiya və rabitə – 1639,5 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1538,4 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1341,1 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1254 manat;
tikinti – 1044,7 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1035,7 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 936,9 manat;
emal sənayesi – 866,9 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 820,4 manat;
təhsil – 742,2 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 732 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 708,8 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 706,9 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 658,8 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 600 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 528 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1074,4 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.