Dövlət Statistika Komitəsinin açıqlamasına görə, yanvar-mart aylarında Azərbaycanda 29 milyard 96,8 milyon manatlıq, 2023-cü ilin ilk rübü ilə müqayisədə 4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, neft-qaz sektorunda 0,4 faiz, başqa sahələrdə 6,7 faiz artım qeydə alınıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manat göstərilir.
Qeyd olunur ki, 2023-cü ilin yanvar-mart aylarına nəzərən sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz, qeyri-neft/qaz sektorunda 7,8 faiz artıb.
İlk rübdə ölkədə 3 milyard 809,2 milyon manat məbləğində, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox investisiya yatırıldığı bildirilir.
Rəsmi məlumata əsasən, martda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nisbətən 0,4 faiz artıb, qida məhsulları, içkilər və tütün məmulatları 1,1 faiz ucuzlaşıb, qeyri-qida məhsulları 1,1 faiz, ödənişli xidmətlər 2,2 faiz bahalaşıb.
Hesabata görə, yanvar-fevral aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nəzərən 10,8 faiz artaraq 946,8 manata çatıb.