![]({"full":{"0":"2021\/11\/Lire.jpg","1":753,"2":423,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2021\/11\/Lire.jpg"}})
Azərbaycan Mərkəzi Bankı aprelin 9-da 100 Türkiyə lirəsini 5 manat 28 qəpiyə satır. Bu, ilin siftəsindən 43 qəpik aşağı qiymətdir.
2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb.
Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 32 lirəni ötür. Türkiyənin Mərkəzi Bankı lirəni qorumaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) davamlı artırır. 2023-cü il iyunun 22-dən 2024-cü il martın 21-dək uçot dərəcəsi 8,5 faizdən 50 faizə qalxıb.