Aprelin 8-də sərəncam imzalayan prezident İlham Əliyev Ramin Ələmşah oğlu Məmmədovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib.
Novator.az bildirir ki, Ramin Məmmədov 1979-cu il fevralın 17-də Mardakert (Ağdərə) şəhərində doğulub. Bakı Dövlət Universitetinin məzunu, beynəlxalq hüquq və beynəlxalq münasibətlər mütəxəssisidir.
Mədəniyyət Nazirliyində mütəxəssis, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri, Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrini tutub.
2020-ci ildə 64 saylı Sabirabad dairəsindən Milli Məclisin deputatı seçilib. 2023-cü ildə Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs olub.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci il iyunun 21-də yaradılıb, həmin gün Rafiq Əliyev komitə sədri postuna təyinat alıb.
25 iyul 2006-cı ildən Hidayət Orucov, 31 may 2012-ci ildən 2 may 2014-cü ilədək Elşad İskəndərov, 21 iyul 2014-cü ildən Mübariz Qurbanlı sədr olub.
2024-cü il fevralın 16-dan sədrin səlahiyyətləri komitə sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilmişdi.