• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

2024-2025 mövsümünün sxemi

  • 05 Aprel 2024
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

2024-2025 mövsümündən UEFA-nın klub turnirlərinin formatı yenilənir: əsas raundlar 36 komandalıq vahid liqa sistemi ilə oynanacaq, Çempionlar Liqası və Avropa Liqasının liqa raundlarında komandalar 8 oyun (4-ü evdə, 4-ü səfərdə), Konfrans Liqasının əsas raundunda 6 oyun (3-ü evdə, 3-ü səfərdə) keçirəcək. Hər üç vahid liqada ilk 8 pilləni tutan komandalar 1/8 finala vəsiqə alacaq, 9-24-cü yerlərdəki komandalar bundan ötrü daha iki oyuna (evdə və səfərdə) çıxacaq.

Çempionlar Liqası 2024-cü il iyulun 9-da başlayıb 2025-ci il mayın 31-də bitəcək. Finala Almaniyanın Münhen şəhəri ev sahibliyi edəcək. İlkin sxemə görə, turnirə 83 komanda buraxılır. 29 komanda liqa raunduna birbaşa vəsiqə alır, qalan 7 bilet təsnifatlara çıxarılır. 5 vəsiqə dörd mərhələdən ibarət çempionlar yolu ilə, 2 vəsiqə üç mərhələdən ibarət liqalar yolu ilə əldə olunur.

Birinci mərhələdə ələnən komandalar Konfrans Liqasına, sonrakı mərhələlərdə uduzanlar Avropa Liqasına köçür.

Azərbaycan çempionu “Qarabağ” çempionlar yolunun ilk mərhələsində start götürür.

Avropa Liqası 2024-cü il iyulun 11-də start götürüb 2025-ci il mayın 21-də yekunlaşacaq. Final İspaniyanın Bilbao şəhərinə təyin olunub. Turnirə 45 komanda dəvət alır. Liqa raunduna 13 birbaşa vəsiqə var. Dörd təsnifat mərhələsinin hər birində və Çempionlar Liqasından köçmüş komandalar üçün ayrıca təsnifatda ələnənlər Konfrans Liqasına adlayır.

Azərbaycan kubokunun sahibi (kuboku “Qarabağ” alarsa, ölkə çempionatının gümüş mükafatçısı) turnirə birinci mərhələdən başlayır.

Konfrans Liqası 2024-cü il iyulun 11-də başlayıb 2025-ci il mayın 28-də yekunlaşacaq. Final matçı Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirə 111 komanda vəsiqə alır. Liqa raundu yolunda dörd təsnifat mərhələsi və o biri iki turnirdən ələnmiş komandalar üçün üç təsnifat raundu var.

Azərbaycan çempionatının gümüş və bürünc mükafatçıları turnirə ikinci mərhələdən qoşulur (gümüş mükafatçı Avropa Liqasına düşərsə, onu ölkə çempionatını dördüncü yerdə bitirən komanda əvəzləyəcək).

Gürcüstanda ərzaq 3,4 faiz ucuzlaşıb

  • 05 Aprel 2024
  • comments

Media və bələdiyyə yenilikləri

  • 05 Aprel 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstan əhlinin 78 faizi Avropa deyir

GLOBALS:0
comments
Xəbər

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

GLOBALS:0
comments
Xəbər

Ermənistanın istehlak bazarı

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstan əhlinin 78 faizi Avropa deyir

Son materiallar

comments
Xəbər

Gürcüstan əhlinin 78 faizi Avropa deyir

GLOBALS:0
comments
Xəbər

Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda