FİFA aprelin 4-də milli futbol komandalarının reytinqini yeniləyib. Azərbaycan 210 yığma arasında 112-ci yerdə göstərilir.
İran 20-ci, Ukrayna 22-ci, Rusiya 35-ci, Türkiyə 40-cı, Özbəkistan 64-cü, Gürcüstan 75-ci, Ermənistan 95-ci, Belarus 96-cı, Tacikistan 99-cu, Qırğızıstan 100-cü, Qazaxıstan 103-cü, Estoniya 123-cü, Latviya 136-cı, Litva 137-ci, Türkmənistan 143-cü, Moldova 153-cü pillədədir.
Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan millisi dörd Avropa çempionatının seçmə mərhələsini qrupda sonuncu, dördünü sondan əvvəlki pillədə bitirib.
Dörd dünya çempionatının seçmə mərhələsində yığma qrupda sonuncu, ikisində sondan əvvəlki, birində axırdan üçüncü pilləni tutub.
Yığma bir yol Millətlər Liqasının ən aşağı divizionunda qrup ikincisi olub, sondan yuxarı divizionunda bir yol üçüncü, bir yol ikinci yerdə qərarlaşıb.