Martda Türkiyədə istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 68,5 faiz yüksəlib. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 121-də bahalaşma, 14-də ucuzlaşma qeydə alınıb, 8-də qiymət dəyişməyib.
Azərbaycan Mərkəzi Bankı aprelin 3-də 100 Türkiyə lirəsini 5 manat 29 qəpiyə satır. Bu, ilin siftəsindən 42 qəpik aşağı qiymətdir.
2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb.
Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 32,2 lirəyə yaxındır. Türkiyənin Mərkəzi Bankı lirəni qorumaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) davamlı artırır. 2023-cü il iyunun 22-dən 2024-cü il martın 21-dək uçot dərəcəsi 8,5 faizdən 50 faizə qalxıb.