Müsavat Partiyasının 11-ci qurultayı may ayında keçiriləcək. Qərar aprelin 1-də qəbul olunub.
1911-ci ildə yaradılan partiya 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub.
Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbərdir.
2014 və 2019-cu illərdə Arif Hacılı başqan seçilib.
1992-ci il dekabrın 8-dən dövlət qeydiyyatında olan partiyanın nizamnaməsinə görə, başqan ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.