Milli Hidrometeorologiya Xidmətinin aprel proqnozuna görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olması (bəzi gündüzlər 20-25 dərəcə isti) gözlənir.
Qalan bölgələr üzrə orta aylıq temperatur ehtimalı belədir:
Naxçıvan Muxtar Respublikası – 10-13 dərəcə isti (bəzi gündüzlər 22-27 dərəcə isti);
Qarabağ və Daşkəsən-Gədəbəy – 6-10 dərəcə isti (bəzi gündüzlər 20-25 dərəcə isti);
Şərqi Zəngəzur – 9-13 dərəcə isti (bəzi gündüzlər 19-24 dərəcə isti);
Qazax-Gəncə – 11-13 dərəcə isti (bəzi gündüzlər 20-25 dərəcə isti);
Balakən-Şəki, Quba-Qusar və Dağlıq Şirvan – 8-11 dərəcə isti (bəzi gündüzlər 19-24 dərəcə isti);
Mərkəzi Aran – 12-14 dərəcə isti (bəzi gündüzlər 21-26 dərəcə isti);
Lənkəran-Astara – 10-13 dərəcə isti (bəzi gündüzlər 20-25 dərəcə isti).