• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”ın 11-ci qızılı

  • 29 Mart 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində 2023-2024 mövsümünün qalibi müəyyənləşib. Martın 29-da xal sayını 69-a çatdıran “Qarabağ” əlçatmaz olaraq çempionluğu rəsmiləşdirib. Bu, Ağdam təmsilçisinin 11-ci çempionluğudur.

Çempionat mayın 26-da bitəcək.

1992-ci ildən başlayaraq milli çempionatda daha 7 komanda qızıl medallara sahib çıxıb: “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə çempion olub.

“Qarabağ” 19 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib, 2014-cü ildən başlayaraq təsnifat mərhələlərini keçib.

2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020 və 2020-2021 mövsümlərinə Çempionlar Liqasında başlayan “Qarabağ” ələnərək Avropa Liqasının qrup mərhələsində yarışıb.

2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

Konfrans Liqasının siftəsi olan 2021-2022-ci il mövsümündə “Qarabağ” 1/16 finala qədər irəliləyib.

2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib və 1/16 finalda uduzub.

2023-2024 mövsümünə Çempionlar Liqasında start verən “Qarabağ” Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

2008-ci ildən “Qarabağ”a Qurban Qurbanov baş məşqçilik edir. 1972-ci il təvəllüdlü Qurban Qurbanov Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarının və Azərbaycanın milli komandasının hücumçusu olub.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov “Qarabağ”a gəlməzdən əvvəl Bakının “İnter” klubunda idman direktoru, “Neftçi”də (Bakı) baş məşqçi və idman direktoru vəzifələrini tutub. Mütəxəssis 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.

Bölgələrdə kredit və əmanət

  • 29 Mart 2024
  • comments

Apreldə hava

  • 31 Mart 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda