2024-cü il martın 1-nə Bakıda 18,3 milyard manat kredit qeydə alınıb. Hesabatı yayan Mərkəzi Bank başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 865,3 milyon manat, Gəncə-Daşkəsən – 704,1 milyon manat, Lənkəran-Astara – 552,8 milyon manat, Mərkəzi Aran – 479,5 milyon manat, Qazax-Tovuz – 444,6 milyon manat, Şəki-Zaqatala – 443,5 milyon manat, Quba-Xaçmaz – 412,5 milyon manat, Qarabağ – 409,6 milyon manat, Naxçıvan – 384,3 milyon manat, Şirvan-Salyan – 379,4 milyon manat, Mil-Muğan – 253,8 milyon manat, Dağlıq Şirvan – 162,1 milyon manat.
Martın 1-nə Bakıda 11,7 milyard manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belə rəsmiləşib: Abşeron-Xızı – 431,6 milyon manat, Gəncə-Daşkəsən – 210,3 milyon manat, Quba-Xaçmaz – 124,7 milyon manat, Lənkəran-Astara – 120 milyon manat, Şəki-Zaqatala – 115,8 milyon manat, Mərkəzi Aran – 112,2 milyon manat, Qazax-Tovuz – 105,5 milyon manat, Qarabağ – 84,3 milyon manat, Naxçıvan – 66,5 milyon manat, Şirvan-Salyan – 61,4 milyon manat, Mil-Muğan – 42,5 milyon manat, Dağlıq Şirvan – 38,9 milyon manat.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə statistika açıqlanmır.