• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”lı yol

  • 15 Mart 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA-nın klub turnirlərinin 2023-2024 mövsümünə Çempionlar Liqasında start verən Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 1/8 finalına qədər irəliləyə bildi.

“Qarabağ” əvvəllər 18 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib, 2014-cü ildən başlayaraq təsnifat mərhələlərini keçib.

2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020 və 2020-2021 mövsümlərinə Çempionlar Liqasında başlayan “Qarabağ” ələnərək Avropa Liqasının qrup mərhələsində yarışıb.

2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

Konfrans Liqasının siftəsi olan 2021-2022-ci il mövsümündə “Qarabağ” 1/16 finala qədər irəliləyib.

2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib və 1/16 finalda uduzub.

5 mövsümdə “Qarabağ”a rəqib olmuş komanda finala çıxıb: Avropa Liqasının 2014-2015 mövsümündə “Qarabağ”la eyni qrupda yarışmış “Dnepr” (Ukrayna) komandası həmin mövsüm finalda oynayıb; Çempionlar Liqasının 2017-2018 mövsümündə “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” (İspaniya) Avropa Liqasına ələnib və finala çıxaraq turnirin qalibi olub; Avropa Liqasının 2018-2019 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış “Arsenal” (İngiltərə) komandası həmin mövsüm finala çıxa bilib; Avropa Liqasının 2019-2020 mövsümündə “Qarabağ”la eyni qrupda yer almış “Sevilya” (İspaniya) həmin mövsüm finala qədər gedərək zəfər kubokunu başı üzərinə qaldırıb; Avropa Liqasının 2020-2021 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış İspaniya “Vilyarreal”ı finala çıxaraq turnirin qalibi olub.

Avropa Liqasının 2023-2024 mövsümündə “Qarabağ”a həm qrupda, həm də 1/8 finalda rəqib olmuş “Bayer” (Almaniya) 1/4 finalda yer alır.

1951-ci ildə Ağdamda yaradılan “Qarabağ” komandası (“Məhsul”, “Şəfəq” və “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 10 dəfə müstəqil Azərbaycanın çempionu olub, 7 dəfə Azərbaycan kubokunu qazanıb.

2008-ci ildən “Qarabağ”a Qurban Qurbanov baş məşqçilik edir. 1972-ci il təvəllüdlü Qurban Qurbanov Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarının və Azərbaycanın milli komandasının hücumçusu olub.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov “Qarabağ”a gəlməzdən əvvəl Bakının “İnter” klubunda idman direktoru, “Neftçi”də (Bakı) baş məşqçi və idman direktoru vəzifələrini tutub. Mütəxəssis 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.

10 ölkə, 24 komanda

  • 15 Mart 2024
  • comments

İnanılmaz görünən zərurət

  • 15 Mart 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda