2024-cü il martın 1-nə Azərbaycanda 216,6 min nəfər işsiz qeydə alınıb.
Rəsmi hesabat iqtisadi fəal əhalinin 4 milyon 964,1 min nəfərini məşğul şəxslər kimi göstərib.
Dövlət Statistika Komitəsi bildirir ki, fevralın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 942,4 manata çatıb, neft-qaz sektorunda 3386,8 manat, qeyri-neft/qaz sektorunda 896,2 manat, dövlət müəssisələrində 896,8 manat, özəl müəssisələrdə 993 manat olub.
İqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3241,1 manat;
maliyyə və sığorta fəaliyyəti – 2289,5 manat;
informasiya və rabitə – 1720,1 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1524,5 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1285,6 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1194,4 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1052,3 manat;
tikinti – 1045,4 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 938,9 manat;
emal sənayesi – 877,8 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 826,5 manat;
təhsil – 743,5 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 734,4 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 713,7 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 711,2 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 660 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 610,8 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 529 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1033,8 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.