• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İddiaçılar dəqiqləşir

  • 13 Mart 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

ABŞ prezidentliyinə əsas iddiaçılar dəqiqləşir. Martın 13-nə olan məlumata görə, Demokratlar Partiyasından iddiaçı, dövlət başçısı Cozef Bayden və Respublikaçılar Partiyasından iddiaçı, sabiq prezident Donald Tramp ilkin seçkilərdə minimum nümayəndə həddini aşıblar.

Partiyaların prezidentliyə rəsmi namizədi qurultaylarda təsdiqlənməlidir. Demokratlar üçün minimum nümayəndə həddi 1968, respublikaçılar üçün 1215-dir.

Prezident seçkisinin ilk raundu noyabrın 5-də keçiriləcək. Həmin gün 50 ştat və 1 federal dairədən xüsusi nümayəndələr – Seçicilər Kollegiyası seçilməlidir. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası prezidenti seçməli, bu barədə qərar Konqresin (Nümayəndələr Palatası və Senat) iclasında təsdiqlənməlidir.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.

Cozef Bayden 1942-ci il noyabrın 20-də doğulub. Delaver Universitetini və Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.

1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə Senatın üzvü seçilib.

1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.

2009-2017-ci illərdə vitse-prezident postunu tutub, 2021-ci il yanvarın 20-dən prezidentdir.

Donald Tramp 1946-cı il iyunun 14-də doğulub. Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub. 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək prezidentlik edib.

ABŞ Konstitusiyasına görə, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.

Pensiyanın mümkün artımı

  • 13 Mart 2024
  • comments

Kabinetdə bir boşluq

  • 13 Mart 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda