• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni təyinatlar

  • 07 Mart 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Martın 7-də sərəncam imzalayan dövlət başçısı İlham Əliyev Elçin Yusubovu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsi təyin edib. Başqa sərəncamla Emin Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndə postuna keçirilib. Emin Hüseynov 2021-ci il mayın 24-dən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində (Ağdam şəhəri daxil olmaqla) xüsusi nümayəndə olmuş, həmin il dekabrın 1-də Qarabağın işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndə postuna təyinat almışdı.

19 yanvar 2021-ci ildə yaradılan prezidentin xüsusi nümayəndəlikləri Prezident Administrasiyasının struktur bölməsi sayılır.

Hazırda daha üç xüsusi nümayəndə var: Aydın Kərimov Şuşa rayonuna, Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına, Məsim Məmmədov Laçın rayonuna məsuldur.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən işğal edib, həmçinin Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara kəndlərini ələ keçirib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 28-də özünü buraxıb.

Yazıçının tutmayan fəlsəfi calağı

  • 06 Mart 2024
  • comments

Azərbaycanın “Avroviziya 2024” seçimi

  • 08 Mart 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda